AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Zati-aliləri!
Hörmətli cənab Prezident!
Əlamətdar təvəllüd gününüz münasibətilə Sizi, böyük xalqımın böyük oğlunu ürəkdən təbrik edirəm.
Siz Azərbaycan üçün tarixi işlər görürsünüz. Müstəqillik dövrümüzün ən mühüm mərhələləri Sizin adınızla bağlıdır.
İnanıram ki, hələ uzun illər, Siz, təməl daşını qeyri-adi istedadla qoyduğunuz doğma vətənimizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizi davam etdirəcək, ərazi bütövlüyümüzün bərpası, didərgin yurddaşlarımızın doğma yurd-yuvalarına qayıdışı da tarixə Sizin adınızla düşəcəkdir.
Bir daha Sizə möhkəm cansağlığı, uzun ömür, övlad fərəhi arzulayıram.
Sizə böyük hörmətlə,
Turan Cavid
Hüseyn Cavidin ev muzeyinin direktoru