Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident Heydər Əliyev,

Əziz dost,

80 yaşınızın tamam olması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizinlə və ailənizlə Bakıda keçirdiyim vaxtı məmnuniyyət hissi ilə xatırlayıram. Sizin və Azərbaycan xalqının mənə göstərdiyi qonaqpərvərliyi heç bir zaman unuda bilməyəcəyəm.

Azərbaycanın Avropa ailəsinə bərabər hüquqlu üzv olması kimi böyük siyasi məqsədə nail olunmuşdur. Bu işdə sədr kimi iştirak edə bilməyim məni hədsiz dərəcədə sevindirir.

Sizə bundan sonra da möhkəm cansağlığı arzulayır, zəngin təcrübənizi və nümunəvi qüvvənizi hələ uzun illər öz xalqınıza bəxş edəcəyinizə ümid bəsləyirəm.

Dərin hörmətlə,

Leni Fişer

AŞPA-nın fəxri sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin