AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Prezident,
Xahiş edirəm səksən illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edəsiniz.
İcazə verin, Sizə möhkəm cansağlığı arzulayım. Mən əminəm ki, ən qısa zamanda Siz bütün gücünüz və enerjinizlə ali vəzifənizi həyata keçirmək iqtidarında olacaqsınız.
Fürsətdən istifadə edərək, bildirmək istərdim ki, biz Azərbaycanın Avropa Şurasına verdiyi və şübhəsiz ki, gələcəkdə də verəcəyi dəyərli töhfəyə böyük əhəmiyyət veririk.
Mən arzu etdiyimiz ümumavropa prinsipləri və standartlarının həyata keçirilməsi istiqamətində davamlı əməkdaşlığımıza ümidvar olduğumu bildirirəm.
Hörmətlə,
Valter Şvimmer
Avropa Şurasının baş katibi
Strasburq, 9 may 2003-cü il