Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Sizi 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin rəhbərlik istedadınıza, müdrikliyinizə, həyatsevərliyinizə və tükənməz enerjinizə həqiqətən heyranam. Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın və onun vətəndaşlarının rifahı naminə əməyinizdə yeni-yeni uğurlar arzulayıram.

Əminəm ki, Sizin günəşli respublikanız ilə Sankt-Peterburq arasında dostluq əlaqələri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Vladimir Yakovlev

Sankt-Peterburq şəhərinin qubernatoru

8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin