AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu,
Yubileyiniz - anadan olmağınızın 80 illiyi münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Biz Sizi müasir dövrün görkəmli siyasi xadimi kimi tanıyır və Sizə dərin hörmət hissləri bəsləyirik. Siz Vətənə sədaqətlə və fədakarlıqla xidmət nümunəsi olan şərəfli bir yol keçmisiniz. Sizə xas olan siyasi müdrikliyiniz, yüksək peşəkarlığınız, dini dözümlülüyünüz, xalqın rifahı qeydinə qalmağınız Sizə Azərbaycan sakinlərinin məhəbbət və hörməti ilə yanaşı, ölkənizin hüdudlarından çox-çox uzaqlarda da ad-san qazandırmışdır.
Hörmətli Heydər Əlirza oğlu, bu əlamətdar gündə Sizə Azərbaycan Respublikası xalqının və Qafqazın firavanlığı naminə səmimi qəlbdən möhkəm cansağlığı, nikbinıik və dövləti fəaliyyətinizdə enerji arzulayıram. Qoy Sizi həmişə yaxın adamlarınızın məhəbbət və qayğısı əhatə etsin.
Dərin hörmətlə,
Murad Zyazikov
İnquşetiya Respublikasının Prezidenti