Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu,

İcazə verin, Sizi yubileyiniz - anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edim.

Birləşmiş Millətlər Təşkilatında Sizi dünyada layiqli nüfuza malik böyük dövlət xadimi kimi tanıyır və BMT-ni dəstəkləməyinizi yüksək qiymətləndirirlər. Əmin olduğumu bildirmək istərdim ki, Azərbaycanın BMT ilə səmərəli və hərtərəfli əlaqələri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

İcazə verin, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və hər sahədə uğurlar arzulayım.

Dərin hörmətlə,

Sergey Orconikidze

BMT Baş katibinin müavini,

BMT-nin Cenevrədəki Şöbəsinin

baş direktoru

Cenevrə, 10 may 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin