AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli Heydər Əlirza oğlu,
Əlamətdar hadisə - 80 illik yubileyiniz münasibətilə bütün kuzbasslılar adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Azərbaycan tarixində bütöv bir dövr Sizin adınızla bağlıdır. Siz respublikanın hərtərəfli inkişafına çox böyük töhfə verir, onun milli-mədəni ənənələrinin qorunub saxlanması və artırılması üçün çox işlər görürsünüz. Azərbaycan sakinləri Sizin bütün təşəbbüslərinizi rəğbətlə qarşılayır və dəstəkləyirlər. Onlar Sizə sülhün və firavanlığın təminatçısı, insanların rifahını hər şeydən uca tutan tanınmış siyasi lider kimi baxırlar.
İcazə verin, bu əlamətdar gündə Sizə respublikanızın rifahı naminə möhkəm cansağlığı, uzun illər xoşbəxtlik və quruculuq fəaliyyətinizdə yeni-yeni uğurlar diləyim. Ürəkdən inanıram ki, təcrübə, çox zəngin bilik, yüksək səviyyəli intellekt, ölçülüb-biçilmiş qərarlar qəbul etmək bacarığı Sizə Azərbaycanın həyatında müsbət dəyişikliklərə nail olmağa kömək edəcək, Azərbaycana daha böyük sabitlik və tərəqqi gətirəcəkdir.
Sizə və ailənizə uğurlar diləyir və ən xoş arzularımı bildirirəm.
Sizə dərin hörmətlə,
Aman Tuleyev
Kemerovo vilayətinin qubernatoru
Kemerovo, 8 may 2003-cü il.