Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu,

Yubileyiniz münasibətilə Həştərxan vilayətinin sakinləri adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin. Sizə möhkəm cansağlığı, ölkənizin firavanlığı naminə uğurlar, tükənməz yaradıcılıq enerjisi, yeni nailiyyətlər arzulayıram.

Müstəqil Dövlətlər Birliyi çərçivəsində Rusiya-Azərbaycan əlaqələrinin səmərəli inkişafında Sizin fəal iştirakınız Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında tarixən qarşılıqlı dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə tam mənada kömək edir. Əminik ki, bu dostluq əsrlər boyu sarsılmayacaqdır.

Çox hörmətli Heydər Əlirza oğlu, icazə verin, Sizə və bütün yaxın adamlarınıza əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzu edim.

Səmimi və dərin hörmətlə,

A.Qujvin

Həştərxan vilayətinin qubernatoru

Həştərxan, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin