AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Əziz və çox hörmətli Heydər Əlirza oğlu,
80 illiyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Mən Sizi həmişə müdrik və istedadlı rəhbər kimi tanımışam. Lakin 2000-ci ilin mayında Bakıda Sizinlə şəxsi görüşüm Sizin bu çox böyük istedadınızı əyani şəkildə duymağa imkan verdi. Mən bizim həmin görüşümüzə görə özümü hədsiz dərəcədə xoşbəxt hesab edirdim və açığını deyim ki, indiyədək onun təsiri altındayam. Çünki bu görüş Azərbaycan ilə Rusiya Federasiyasının Sverdlovsk vilayəti arasında mehriban qonşuluq münasibətlərinin inkişafına yeni təkan verdi.
Hörmətli Heydər Əlirza oğlu, Sizin həyat yolunuz insanın xidmət etdiyi işə sədaqətinin parlaq nümunəsidir. Siz bütün ömrünüz boyu öz xalqınızın rifahı naminə var qüvvə ilə çalışmısınız və buna görə də həmvətənlərinizin Sizə bəslədiyi hörmət və məhəbbəti qazana bilmisiniz. Təsadüfi deyil ki, bir çox insani dəyərlərin mücəssəməsi olmuş, insanları birləşdirməyi və sabitliyi qoruyub saxlamağı bacaran Prezident kimi Sizin adınız bütün dünyada məşhurdur. Sizin həyatsevərliyiniz və nikbinliyiniz sabahkı günə inam yaradır. Bu isə Azərbaycan torpağının çiçəklənməsinin rəhnidir.
Əziz Heydər Əlirza oğlu!
Şanlı yubileyiniz günündə Sizə möhkəm cansağlığı, gümrahlıq, yaxın və doğma adamlarınızın məhəbbətini, bütün sadiq dostlarınızın həyanlığını arzulayıram. İnanın ki, Sizin sadiq dostlarınız bizim Sverdlovsk vilayətində də olduqca çoxdur.
Qoy sizin bütün ümid və arzularınız həyata keçsin. Qoy həmişə gənc və gözəl olan Azərbaycan özünün böyük Prezidentinin - Heydər Əlirza oğlu Əliyevin rəhbərliyi ilə daha neçə-neçə illər çiçəklənsin.
Səmimi hörmət və çox böyük rəğbət hissi ilə,
Eduard Rossel
Sverdlovsk vilayətinin qubernatoru
Yekaterinburq, 8 may 2003-cü il