AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu,
Anadan olmağınızın 80 illiyi münasibətilə Sizi şəxsən öz adımdan və Rusiya Federasiyasının Ticarət-Sənaye Palatası adından ürəkdən təbrik edirəm.
Sizin adınız Azərbaycan dövlətçiliyinin təşəkkülü, onun siyasi və sosial-iqtisadi inkişafı ilə qırılmaz surətdə bağlıdır. Sizin ən məsul dövlət vəzifələrində çoxillik əməyiniz Vətənə, onun çiçəklənməsinə vicdanla xidmət etmək nümunəsidir. Sizin sayənizdə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yeni təkan verilmişdir ki, bu da, şübhəsiz, Qafqazda və regionun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasına kömək edəcəkdir.
Əziz Heydər Əlirza oğlu, Sizin üçün, dostlarınız və yaxın adamlarınız üçün bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətnizdə yeni-yeni uğurlar və firavanlıq arzulayıram. Çoxillik xoş münasibətlərimizi həmişə əziz tutmuşam və tutacağam.
Hörmətlə,
Yevgeni Primakov
Rusiya Federasiyası Ticarət-Sənaye
Palatasının prezidenti, Dövlət dumasının
deputatı
Moskva, 30 aprel 2003-cü il