Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident, 

Anadan olmağınızın 80-ci ildönümünü şəxsən öz adımdan və bütün türk xalqı adından ən səmimi diləklərlə təbrik edirəm.

Uca şəxsiyyətinizin uzaqgörən siyasəti və dəyərli fəaliyyəti sayəsində qardaş Azərbaycanın demokratiya, qanunun aliliyi və insan hüquqları sahələrində sürətlə inkişaf etməsindən, Qərb dünyası ilə bütünləşərək, beynəlxalq aləmdəki layiqli yerini tutmasından qürur duymaqdayıq.

Türkiyə ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin də Azərbaycanın müstəqillik qazandığı gündən bəri dostluq, qardaşlıq və qarşılıqlı yardım anlayışı çərçivəsində və hərtərəfli əməkdaşlıq təməlləri üzərində dərinləşməsi bizə xoşbəxtlik verməkdədir.

Ölkələrimiz arasındakı dostluq münasibətlərinin bugünkü səviyyəyə çatmasında, xalqlarımız arasındakı köklü qardaşlıq duyğuları ilə yanaşı, Uca şəxsiyyətinizin bütün dünyanın təqdirini qazanan uğurlu və mükəmməl idarəçiliyinin rolu, şübhəsiz, böyükdür.

Türkiyə ilə Azərbaycanın gələcəkdə də çiyin-çiyinə hərəkət etməsi və xalqlarımız arasındakı yaxın dostluq əlaqələrinin daha da güclənərək, yeni mərhələlərə çatması səmimi diləyimizdir.

Dəyərli dostum,

Yubileyinizi bir daha təbrik edir, Uca şəxsiyyətinizə uzun ömür, qardaş Azərbaycan xalqına yüksəliş və rifah arzulayıram.

Əhməd Necdət Sezər

Türkiyə Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin