AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezidentim,
Ad gününüzü təbrik edərkən qardaş Azərbaycanın salamatlığı naminə xidmətlərinizi davam etdirməniz üçün Sizə Cənabi-Allahdan uzun ömürlər diləyirəm.
Sizin kimi dövlət xadimlərimizin, “Bir millət, iki dövlət” devizi ilə türk dünyasının yol xəritəsinə həkk etdiyiniz işarə lövhələrində ədəbiyyatın və sənətin nurunu bütöv türk milləti olaraq hamımıza birlikdə əks etdirmək diləyi ilə salam və ehtiramımı bildirirəm.
Hörmətlə,
Yəhya Akəngin
Türk Dünyası Yazarlar və Sənətçilər
Vəqfinin sədri