AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Dəyərli böyüyümüz,
Möhtərəm Prezident cənab Heydər Əliyev, Keçirdiyiniz rahatsızlıqdan xəbər tutduq. Bu halınız bizləri son dərəcə mütəəssir etmişdir. Zira Sizin insanlığa, türk dünyasına və Azərbaycan xalqına göstərdiyiniz xidmətləri böyük təqdir və heyranlıqla izləməkdəyik.
Sağlamlığınız Zati-alilərinizi şəxsən incitmişsə də, boynunuza götürdüyünüz missiya etibarilə dünyada və bölgədə sülh baxımından böyük əhəmiyyət kəsb edir.
Zati-alilərinizə ən dərin duyğu və düşüncələr içində “keçmiş olsun” diləklərimizi yetirir, uca Allahdan Sizə neçə-neçə xoşbəxt illər, uzun ömür verməsini dua və niyaz edirik.
Şəxsən öz adımdan və idarə heyətimizin üzvləri adından əllərinizdən öpür və sonsuz ehtiramımızı ərz edirəm.
İlhan İşbilən
Türkter tərsanə və dəniz işlətməçiliyi
CŞ İdarə heyətinin sədri
28 aprel 2003-cü il