Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri,

Tarixən eyni dilə, eyni kökə, eyni keçmişə malik millətin iki əqraba qolundan biri olaraq qardaş Azərbaycanın bizim üçün önəmi böyük olmuşdur. Anadolu türkləri Azərbaycana “Can Azərbaycan” deyə xitab etmiş, böyük Atatürkün “Azərbaycanın qəmi bizim qəmimiz, sevinci bizim sevincimizdir” ifadəsini hər zaman yadda saxlamışlar.

Bu günlərdə türk dünyası Zati-alinizin anadan olmasının 80-ci ildönümünü təbrik etməyə hazırlaşarkən keçirməkdə olduğunuz rahatsızlıq bizləri dərindən təsirləndirmişdir. Doğum gününüzdə şəfa taparaq, böyük əmək sərf etdiyiniz, müstəqillik ərməğan etdiyiniz can Azərbaycana dönüşünüzü gözləyir, bunun üçün dua edirik. 80 illik yubileyinizi təbrik edir, Sizə şəfa diləyirik.

Böyük hörmətlə,

M.Lütfullah Bilgin

Qaziantep valisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin