Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident,

Koç-Holdinq İdarə heyəti sədrliyi vəzifəsini hörmətli Rəhmi M.Koçdan bu il aprelin 4-də almışam. Mənə həvalə edilən bu şərəfli vəzifəmə başlarkən holdinqimiz və ölkəmiz adından qardaş və dost Azərbaycan Respublikası ilə bu günə qədər davam edən yaxın münasibətlərimizin daha da inkişaf etməsini təmənna edirəm.

Keçirdiyiniz rahatsızlıqla əlaqədar “keçmiş olsun” diləklərimi yetirir, Sizə şəfalar diləyirəm. 80 illik yubileyiniz münasibətilə şəxsən öz adımdan və Koç birliyi adından Sizi təbrik edir, Sizə ailənizin bütün üzvləri ilə birlikdə sağlam, xoşbəxt və uzun bir ömür arzulayıram.

Böyük dövlət xadimi və görkəmli lider şəxsiyyətinizlə ölkənizin sabitliyi və iqtisadi yüksəlişi yolunda göstərdiyiniz böyük xidmət və fəaliyyətinizdə Sizə sonsuz uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı ərz edirəm.

Mustafa V.Koç

Koç-Holdinq SŞ İdarə heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin