AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
80 illik yubileyinizlə əlaqədar keçiriləcək təntənəli bayram tədbirlərində iştirak barədə nəzakətli dəvətinizdən xəbər tutanda çox şad oldum. Belə özəl günlərdə insanlar dəyərli və özlərinə yaxın bildikləri dostları ilə birlikdə olmaq istəyirlər. Bu xoş gününüzə dəvət edilməyim mənim üçün çox böyük bir qürurdur. Ancaq proqramım imkan vermədiyi üçün bu mənalı gününüzdə yanınızda ola bilməyəcəyim üçün çox üzgünəm.
Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, bu vəsilə ilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sevgi və salamlarımı yetirirəm.
Böyük ehtiramla,
Müəmmər Gülər
İstanbul valisi
2 may 2003-cü il