Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Dost və qardaş Azərbaycanın möhtərəm Prezidenti, dəyərli Heydər Əliyev bəy əfəndi! 

Anadan olmağınızın 80-ci ildönümünü təbrik edirəm. Sizə xoşbəxt, uğurlu, ürəyiniz istəyən kimi uzun bir ömür və möhkəm cansağlığı arzulayıram. Fürsətdən istifadə edərək, nazir vəzifəsində çalışdığım müddətdə mənə göstərdiyiniz dəstəyə görə Sizə sonsuz təşəkkürlərimi bildirirəm. Bu dəstək adi əlaqədən, köməkdən, qayğıdan, nəzakətdən daha böyük olmuşdur. Qardaş Azərbaycanın daha qabaqcıl bir ölkə olması, tərəqqi etməsi üçün göstərdiyiniz üstün səyləri və qazandığınız uğurları yaxından izlədiyimizi bildirir, sevgi və sayğılarımızı yetirirəm.

Doktor Rəşad Doğru

Türkiyə Respublikasının keçmiş

dövlət naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin