Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Sizləri İstanbul əhalisi adından ən səmimi duyğularla salamlayır, hörmət və ehtiramımı bildirirəm. Ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq duyğularının qüvvətlənməsinə, ticarət, iqtisadi və siyasi əlaqələrin inkişafına hərtərəfli qayğınız, bu sahələrdə göstərdiyiniz xidmətlər təqdirəlayiqdir. Şübhəm yoxdur ki, bu gözəl münasibətlər daim davam edəcəkdir. Bu vəsilə ilə ad gününüzü təbrik edir, bundan sonra da uzun illər cansağlığı və könül xoşluğu ilə ölkənizə xidmət göstərmənizi sidq-ürəkdən arzu edirəm. 

Böyük ehtiramla,

Əli Müfid Gurtuna

İstanbul Böyük şəhər bələdiyyə başqanı

30 aprel 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin