Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Ulyanovsk vilayətinin sakinləri adından Sizi 80 illiyiniz münasibətilə ürəkdən təbrik edirik!

Ulyanovsklılar Azərbaycan Respublikası ilə vilayətimiz arasındakı iqtisadi və mədəni əlaqələri çox əziz tuturlar. Biz hesab edirik ki, son on il ərzində bu əlaqələrin uğurlu inkişafı Azərbaycan Prezidenti kimi daha çox Sizin fəaliyyətinizin nəticəsidir. Biz Ulyalnovsk vilayətindəki Azərbaycan icmasını birləşdirən mərkəz olan “Nizami” ictimai təşkilatının təşəkkülünə və inkişafına verdiyiniz şəxsi töhfəni də yüksək qiymətləndiririk.

Əminik ki, qarşılıqlı surətdə faydalı əməkdaşlıq və mədəni əlaqələr Ulyanovsk vilayətini və Azərbaycan Respublikasını bundan sonra da bir-birinə bağlayacaqdır.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, nikbinlik və yüksək vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq.

Vladimir Şamanov

Ulyanovsk Vilayəti İcra hakimiyyətinin başçısı,

Boris Zotov

Ulyanovsk Vilayəti Qanunvericilik Məclisinin sədri

Ulyanovsk, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin