Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Heydər Əlirza oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Biz uzun illərdir Sizi görkəmli dövlət xadimi və siyasi xadim, bütün ömrünü öz Vətəninə, xalqına həsr etmiş müdrik və çox təcrübəli ölkə rəhbəri kimi tanıyırıq. Müstəqil Dövlətlər Birliyinin, bütün millətlərarası ünsiyyət təsisatlarının möhkəmlənməsində Sizin səylərinizi yüksək qiymətləndiririk.

Sizinlə görüşlərimizi və MDB Parlamentlərarası Assambleyasının təşəkkülünə və inkişafına kömək etmiş qiymətli məsləhətlərinizi həmişə dərin ehtiramla xatırlayıram. Sizin böyük təcrübəniz, dövlət müdrikliyiniz, vəziyyəti qiymətləndirmək bacarığınız Azərbaycan Respublikasına və bütün Birliyə çox lazımdır.

Sizə möhkəm cansağlığı, xalqınızın rifahı, sülh və gözəl respublikanızın tərəqqisi naminə çoxşaxəli fəaliyyətinizdə böyük yaradıcılıq uğurları arzulayırıq.

Dərin hörmətlə,

Mixail Krotov

MDB Parlamentlərarası Assambleya

Şurasının baş katibi

8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin