Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Heydər Əlirza oğlu! 

Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından Sizi anadan olmağınızın 80 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanın əməkçilərinin və bütün vətəndaşlarının rifahı, qardaş ölkələr və Birlik xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi, Qafqazda sülh və mehriban qonşuluq naminə fəal və səmərəli dövlət fəaliyyətinizdə böyük uğurlar, tükənməz həyat enerjisi arzulayıram.

Sizə daim səmimi hörmətlə,

Vladimir Şerbakov

Həmkarlar İttifaqları Ümumi

Konfederasiyasının sədri

8 may, 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin