AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu!
Ulyanovsk İcra Hakimiyyəti adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin!
Uzaqgörən və müdrik siyasətçi, müstəqil dövlətin qüdrətli və məqsədyönlü rəhbəri kimi Siz haqlı olaraq bütün dünyada nüfuz qazanmısınız.
Rusiyanın və Azərbaycanın mehriban qonşuluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlığı ən çox Sizin səyləriniz, enerji və təşəbbüsünüz sayəsində formalaşır.
Dövlətinizin tərəqqisinə, rusiyalılarla, o cümlədən Ulyanovsk sakinləri ilə suveren Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə yönəldilmiş fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.
Sizə möhkəm cansağlığı, uğurlar, firavanlıq və xoşbəxtlik diləyirəm!
Pavel Romanenko
Ulyanovskın meri
Ulyanovsk, 8 may 2003-cü il