Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu,

80 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Biz Sizin dövlət müdrikliyinizi, qardaş Azərbaycan xalqının rifahı, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı naminə nailiyyətlərinizi yüksək qiymətləndiririk. Səmimi qəlbdən Sizə möhkəm cansağlığı, tükənməz enerji, çox məsul dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqı üçün, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi, bu münasibətlərin qarşılıqlı fayda və bərabər hüquqlu dostluq zəminində daha da inkişaf etməsi üçün yeni-yeni nailiyyətlər arzulayıram.

Sizə və ailənizə ən xoş diləklərimi bildirirəm. Fürsət düşmüşkən, Sizə ümumi bayramımız - Qələbə günü münasibətilə də təbriklərimi göndərirəm. Bu Qələbənin qazanılmasına Azərbaycan xalqı öz sanballı töhfəsini vermişdir.

Andrey Kokoşin

Rusiya Federasiyası Federal Məclisi Dövlət

dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr

Komitəsinin sədri

Moskva, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin