AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri,
Çox hörmətli Heydər Əlirza oğlu!
Sizi şanlı yubileyiniz - 80 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz yüksək peşəkarlıqla və sarsılmaz dəyanətlə əlamətdar olan şərəfli bir ömür yolu keçmisiniz. Siz bu bayramı maksimum fədakarlıq, müdriklik, ən çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığı tələb edən yüksək dövlət vəzifəsində çalışdığınız bir zamanda qeyd edirsiniz. Azərbaycan Respublikasına çox mürəkkəb bir dövrdə başçılıq edərək, Siz ölkəni vətəndaşların rifahının və ictimai sabitliyin yüksəlməsi yolu ilə apara bildiniz. Azərbaycandakı pravoslav möminlərin ehtiyaclarına, arzu və istəklərinə göstərdiyiniz qayğını Rus Pravoslav Kilsəsində yüksək qiymətləndirirlər.
Daimi ruh yüksəkliyinizə həqiqətən heyran olduğumu bildirir, Sizə və gözəl ölkənizə sülh, sevinc və firavanlıq arzulayıram. Əminəm ki, Sizin qarşıda böyük nailiyyət və uğurlarla müşayiət olunacaq uzun və səmərəli həyatınız var.
Dərin ehtiramla,
Kiril
Moskva Patriarxlığının xarici kilsə
əlaqələri şöbəsinin sədri, Smolensk
və Kalininqrad mitropoliti