Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri Prezident Əliyev,

Mən bu gün böyük məmnuniyyət hissi ilə yazaraq, 80 illik yubileyiniz münasibətilə Sizə ən xoş arzularımı bildirirəm. Bizim fikrimizcə, Sizin müdrik və qayğıkeş rəhbərliyinizlə Azərbaycan xalqının əldə etdiyi nüfuz Prezidentin ala biləcəyi ən yaxşı ad günü hədiyyəsidir.

Sizin rəhbərliyiniz sayəsində Azərbaycan xalqı artıq azad bazar iqtisadiyyatının, siyasi sabitliyin, beynəlxalq ticarətin faydalarından və eləcə də, ölkənin təbii sərvətlərinin müdrikcəsinə idarə edilməsindən bəhrələnmişdir. Sizin hökumətiniz xarici sərmayəni cəlb edən işgüzar mühitin yaradılmasında müvəffəqiyyət əldə etmiş və Azərbaycan, əsasən, Sizin şəxsi səyləriniz sayəsində dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmış və hörmət qazanmızdır.

Bir çox şirkətlər, eləcə də EksonMobil şirkəti Azərbaycanın neft və qaz layıhələrinin həyata keçirilməsində fəal iştirak etmək qərarını qəbul etmişdir. Biz əminik ki, Azərbaycanın neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənilməsinə dair nəzərdə tutulmuş proqram ölkənin iqtisadi inkişafına öz mühüm töhfəsini verəcəkdir.

Ad gününüz münasibətilə bir daha ən xoş arzularımı qəbul etməyinizi xahiş edir və bundan sonra da illər boyu rəhbərlik fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Tim Seyka

EksonMobil eksploreyşn şirkətinin

icraçi vitse-prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin