AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Əs-sələmu aleykum və rəhmətullahi və bərəkətuhu
80 illik yubileyiniz münasibətilə Zati-alinizə ən xoş arzular və təbriklər göndərməkdən şərəf duyuram. Ulu Tanrıdan gələcək illərdə də Zati-alinizə davamlı səhhət və salamatlıq bəxş etməsini diləyirəm.
Bu gözəl fürsətdən istifadə edərək, ölkənizin dünyanın digər inkişaf etmiş dövlətləri sırasında layiqli yer tutması və mərd Azərbaycan xalqının firavanlığı və tərəqqisi istiqamətində göstərdiyiniz yorulmaz və mütəmadi səylərinizi alqışlayıram.
Yeri gəlmişkən, İslam Konfansı Təşkilatı və Azərbaycan Respublikası arasında mövcud olan möhkəm əlaqələri, Zati-alinizin İslam Konfransı Təşkilatına göstərdiyi dəstəyi və müsəlman Ümmətimizin həmrəyliyinin möhkəmləndirilməsi yolunda səylərini yüksək qiymətləndirirəm.
Zati-aliləri cənab Prezident!
Ən yüksək ehtiramım barədə zəmanətimi qəbul etməyinizi xahiş edirəm.
Dərin hörmətlə,
D-r Əbdülvahid Bilqəziz
İslam Konfransı Təşkilatının
baş katibi
Ciddə, 8 may 2003- cü il