Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Allah Onu hifz etsin!

Əs-sələmu aleykum və rəhmətullahi və bərəkətuhu Yubileyiniz münasibətilə Zati-alinizə İslam İnkişaf Bankı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan səadət duyur, əziz Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

İslam İnkişaf Bankı ölkənizlə sıx əməkdaşlığı yüksək qiymətləndirir və onun səmərəli inkişafına ümidlər bəsləyir.

Allah-təala Zati-alilərinizə uzun ömür, möhkəm cansağlığı və səadət bəxş etsin.

Ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etmənizi xahiş edirəm.

Allah Sizi qorusun və daim himayə etsin!

Hörmətlə,

Doktor Əhməd Məhəmməd Əli

İslam İnkişaf Bankının prezidenti

8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin