AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Heydər Əlirza oğlu!
Yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Ötən illər ərzində Sizin rəhbərliyinizlə Azərbaycan demokratik dəyişikliklər, sosial və iqtisadi inkişaf sahəsində heyrətamiz uğurlar qazanmışdır.
Qədim və gözəl Azərbaycan torpağı bəşəriyyətə dahi mütəfəkkirlər, yazıçı və alimlər vermişdir. Onlar dünya sivilizasiyasının inkişafına böyük xidmətlər göstərmişlər.
Rusiya Federasiyasının Yollar Nazirliyində Azərbaycan Dövlət Dəmir Yolu ilə tərəfdaşlıq münasibətlərinin inkişafına çox böyük əhəmiyyət verirlər. Ümidvaram ki, Bakıda MDB Dövlətləri Dəmir Yol Nəqliyyatı Şurasının iclası çərçivəsində səmərəli görüşlərimiz zamanı əldə olunmuş razılaşmalar Azərbaycanın və Rusiyanın dəmir yollarının potensialından geniş istifadəyə kömək edəcəkdir.
Xahiş edirəm, xalqınıza daha böyük tərəqqi və nailiyyətlər, Zati-alinizə isə möhkəm cansağlığı və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar diləyən arzularımı qəbul edəsiniz.
Hörmətlə,
Gennadi Fadeyev
Rusiya Federasiyasının yollar naziri
Moskva, 10 may 2003-cü il