AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Əziz Heydər Əlirza oğlu!
“Rusiya Sığortaçılar Assosiasiyası” qeyri-kommersiya təşkilatı Sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir!
Sizin üzərinizə insanların ümidlərini doğrultmaq, hər saat çoxsaylı dövlət problemləri həll etmək kimi çox böyük məsuliyyət düşür. Lakin təcrübə və peşəkarlıq, ziyalılıq və heyrətamiz iş qabiliyyəti Sizə zamanın ahəngini və tələbini duymağa, onlara həssaslıqla reaksiya verməyə və Azərbaycanı inamla irəlilətməyə kömək edir. Sİz xalqın hakimiyyətə etimadını bərpa edə bildiniz.
Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, səadət, ən əziz arzunuzun - respublikanızı güclü, zəngin, çiçəklənən və əsl demokratik, onun sakinlərini isə xoşbəxt və firavan görmək arzunuzun həyata keçməsini diləyirəm.
Sizə bütün təşəbbüslərinizdə uğurlar, daha çox nurlu və fərəhli günlər arzulayıram!
Dərin hörmətlə,
A.Zubakov
“Rusiya Sığortaçılar Assosiasiyası”nın
prezidenti
Moskva, 8 may 2003-cü il