AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli Heydər Əlirza oğlu!
Xahiş edirəm, Sizin 80 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Görkəmli dövlət xadimi, parlaq və hər cəhətdən qadir şəxsiyyət olaraq Siz doğma diyarın hüdudlarından uzaqlarda da layiqli nüfuza maliksiniz. Həqiqi milli lider, mənən və ruhən güclü, əsl kişi kimi təmkinli və müdrik şəxsiyyət olaraq Siz həmişə öz xalqınızla bir olmusunuz, çətin və gərgin zamanlarda çətinliklərə onunla birlikdə sinə gərmisiniz. Başlıcası isə, Siz Azərbaycan xalqının ruhunu, məhrəm düşüncə və arzu-istəklərini həssaslıqla duymağı öyrənmisiniz.
Azərbaycanda insanların öz Prezidentinə olan inamı hədsizdir, ən çətin illərdə respublikanın müqəddəratı üçün ağır məsuliyyəti öz üzərinizə götürməklə Sizin nələr keçirdiyinizi başa düşürlər. Milyonlarla həmvətəniniz Sizin qəti, ürəyinizin dərinliklərindən süzülüb gələn sözünüzü dərin hörmətlə dinləyir, Azərbaycan torpağında sabitliyin, sülhün və tərəqqinin bərqərar ediləcəyinə bəslədikləri ümidlərini Sizin fəaliyyətinizlə bağlayır.
Əminəm ki, Sizin misilsiz təcrübəniz və çox böyük nüfuzunuz Azərbaycan Respublikasının möhkəmlənməsinə və əmin-amanlığına, onun dünya birliyində layiqli yerinin təmin olunmasına bundan sonra da xidmət edəcəkdir.
Möhtərəm Heydər Əlirza oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qədim və gözəl Azərbaycanın rifahı naminə xidmətinizdə tükənməz qüvvə arzulayıram.
Sizə həmişə səmimi hörmət bəsləyən
Lyudmila Şvetsova
Moskva hökumətində Moskva merinin
birinci müavini