Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezidentimiz, 

Səksən yaşınız münasibətilə Zati-alilərinizə şəxsən öz adımdan və fəxri sədri olduğunuz Mərmərə Qrupu Vəqfinin bütün əməkdaşları adından möhkəm cansağlığı, səadət diləyirəm.

Zati-alilərinizin yüksək lider keyfiyyətlərinə, bilik və bacarığına, konseptual görüşlərinə yalnız Azərbaycanda deyil, bütün Qafqazda və xüsusən türk dünyasında böyük ehtiyac olduğunu göz önünə alan biz Türkiyə türkləri Sizin sağlamlığınıza duyduğumuz ehtiyacı bu vəsilə ilə bir daha ortaya qoymanın həyəcanı içərisindəyik.

Böyük Atatürkün “Yurdda sülh, cahanda sülh” fəlsəfəsində şəkillənən yüksək dünyagörüşünüzün məziyyətlərini də nəzərə alsaq, yaşadığımız regionda və dünyamızda baş verən hadisələrin düşüncəmizdə nə qədər haqlı olduğumuzu ən parlaq bir şəkildə sübuta yetirdiyini görərik.

Məhz bu düşüncələrin işığı altında Zati-alilərinizə möhkəm cansağlığı ilə taclanmaqda davam edəcək uzun ömür arzu edirəm.

Dərin hörmətlə,

Doktor Akkan Suvər,

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar

Vəqfinin sədri

Ankara, 9 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin