AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezidentim,
Dost və qardaş Azərbaycanda fədakar idarəçiliyiniz altında gerçəkləşdirilən böyük sıçrayışları təqdirlə izləməkdəyik.
Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı qardaşlıq duyğularının və sıx əlaqələrin Zati-alilərinizin yaxından iştirakı ilə hər iki ölkənin qardaş xalqlarının mənafelərinə uyğun olaraq bundan sonra da davam edəcəyinə əminik.
Şəxsən öz adımdan, Yedditəpə Universiteti və İstək Vəqfi adından Zati-alilərinizi anadan olmağınızın 80-ci ildönümü münasibətilə ən xoş arzularla təbrik edir, böyük hörmət və ehtiramımı ərz edirəm.
Bədrəddin Dalan
Yedditəpə Universiteti təsisçi heyətinin sədri
28 aprel 2003-cü il