AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezident,
Liderliyiniz altında Azərbaycanın yüksəliş və inkişaf cəhdlərini böyük xoşbəxtlik və qürurla müşahidə edirik. İki xalqın bütünləşməsində də önəmli rol oynayan fəaliyyətinizin hələ uzun illər sürməsi arzusu ilə anadan olmağınızın 80-ci ildönümünü təbrik edir, Sizə neçə-neçə sağlam və gözəl illər diləyir, səmimi qəlbdən minnətdarlıq və şükran duyğularımızı ərz edirik.
Böyük hörmətlə,
Ayxan Alkış, professor, doktor
Yıldız Texniki Universitetinin rektoru