Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu!

Sizi şanlı yubileyiniz münasibətilə təbrik etmək mənə çox böyük sevinc bəxş edir. Sizin həyat enerjinizə, iradənizin mətinliyinə və yenilməzliyinə daim heyranam.

Qoy Sizin 80 illiyiniz Azərbaycanın çiçəklənməyə, sülhə doğru bundan sonra da uğurla irəliləməsi ilə, bütün Qafqaz regionunda sabitlik və əmin-amanlıqla əlamətdar olsun.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Qafqaz uzunömürlülüyü diləyi ilə ən xoş arzularımızı qəbul edin.

Hörmətlə,

Aleksandr Dzasoxov

Şimali Osetiya-Alaniya Respublikasının

Prezidenti

Vladiqafqaz, 13 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin