Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu!

Yazıçılar İttifaqları Beynəlxalq Birliyinin İcraiyyə Komitəsi Sizi səksən illiyiniz münasibətilə ürəkdən təbrik edir.

Sovet xalqının rifahına göstərmiş olduğunuz qayğı və qədirbilən Azərbaycan xalqı naminə çəkdiyiniz zəhmət bizə yaxşı məlumdur. İnanırıq ki, Siz seçdiyiniz həyat yolunu dəyişməyəcəksiniz. Sizə tezliklə sağalmağı, uzun ömür, dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

Yazıçılar: Sergey Mixalkov, Yuri Bondarev,

Arseni Larionov, Rəsul Həmzətov,

David Kuqultinov, Mustay Kərim

Moskva, 12 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin