Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

80 illiyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə ürəkdən möhkəm cansağlığı və Sizin simanızda qonaqpərvər və əməksevər Azpərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Bütün Latviya nümayəndə heyəti 2001-ci ilin iyulunda bizi mehribancasına və hərarətlə qəbul etməyinizi indiyədək böyük səmimiyyətlə xatırlayır. Azərbaycan-Latviya münasibətlərinin möhkəmlənməsini dəstəkləməyiniz sayəsində Latviyanın “Pareks bank”ının Bakıda nümayəndəliyi açılmışdır. Bu nümayəndəlik ölkələrimiz arasında demokratiya və özəl təşəbbüs prinsiplərinə əsaslanan beynəlxalq əməkdaşlığın ilk birləşdirici vəsiləsi olmuş və iki ölkənin yüzlərlə sahibkarına səmərəli, işgüzar tərəfdaşlıq münasibətləri yaratmağa imkan vermişdir.

İcazə verin, Sizə bütün Azərbaycan xalqının rifahı və Azərbaycanla Latviya arasında əməkdaşlığın möhkəmlənməsi naminə çoxşaxəli fəaliyyətinizdə ən xoş arzularımı bir daha bildirim.

Hörmətlə,

Valeri Kargin

“Pareks bank”ın prezidenti

Riqa, 5 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin