Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

80 illik yubileyinizlə əlaqədar ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin.

Xalqlarımız arasındakı tarixi dostluğun və anlaşmanın inkişafına Sizin töhfənizi yüksək qiymətləndiririk. Qarşılıqlı dəstək və mehriban qonşuluq münasibətləri dövlətlərimizin müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsinin həmişə etibarlı əsası, habelə regionda sülhün və sabitliyin bərqərar edilməsi üçün çox mühüm zəmin olmuşdur.

Hörmətli Heydər Əlirza oğlu, Sizinlə maraqlı və məzmunlu söhbətimizi tez-tez xatırlayıram. Qəti əminəm ki, dövlətlərimiz arasında əsrlərdən bəri təşəkkül tapmış dostluq və etimad münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da dönmədən möhkəmlənəcək və inkişaf edəcəkdir.

İcazə verin, bu əlamətdar gündə səmimi qəlbdən Sizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyim.

Hörmətlə və ən xoş arzularla,

Nino Burcanadze

Gürcüstan parlamentinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin