Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu!

Gözəl yubileyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Sovet İttifaqında yetim uşaqların vəziyyətinin yaxşılaşdırılması üçün Sizin dövlət səviyyəsində göstərdiyiniz əsl atalıq qayğısı mənim qəlbimdə, Uşaq Fondunun yaddaşında həmişə qalacaqdır. 1985-ci ildə Sizin köməyinizlə qəbul edilmiş hökumət qərarı Rusiya məkanında indiyədək qüvvədə qalır və atılmış uşaqlara iqtidarın qayğıkeş münasibətinə nümunədir.

Bildirirəm ki, Siz uşaqların müdafiəsi sahəsində görkəmli xidmətlərinizə görə, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının qərarı ilə Lev Tolstoy adına beynəlxalq qızıl medalla təltif olunmusunuz.

Xahiş edirəm, ən səmimi təbriklərimizi qəbul edəsiniz.

Hörmətlə,

Albert Lixanov

Uşaq Fondları Beynəlxalq Assosiasiyasının

prezidenti

Moskva, 12 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin