AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Əziz cənab Prezident,
Zati-alinizi 80 illik yubileyiniz münasibətilə İsrail xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən böyük məmnunluq duyuram.
Sizin Azərbaycanda sülh və sabitlik yaratmaq səyləriniz bütün dünyada mövcud olan münaqişələrin dincliklə həll edilməsi üçün qürur və ümid mənbəyidir.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun və xoşbəxt ömür arzulayıram.
Moşe Katsav
İsrail Dövlətinin prezidenti