Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Anadan olmağınızın 80 illiyi münasibətilə “Rostselmaş” ASC idarə heyətinin Direktorlar şurası adından ən səmimi və ürəkdən gələn təbriklərimizi qəbul edin. Siz güclü və məqsədyönlü bir insansınız. Bu günə qədər nail olduqlarınızın hamısı Sizin istedadınızın, əməksevərliyinizin, qətiyyətinizin və sönməz həyat enerjinizin nəticəsidir. Sizin əmək bioqrafiyanız, həqiqətən, böyük hörmət hissi doğurur. Bizə məlumdur ki, Siz bir sıra hökümət mükafatları ilə təltif olunmusunuz.

Hörmətli Heydər Əlirza oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, yaxınlarınızın və həmkarlarınızın hörmət və ehtiramını arzulayıram.

Hörmətlə,

MALTSEV

“Rostselmaş” ASC-nin baş

direktoru

Rostov-Don, 12 may 2003- cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin