Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri!

Çox hörmətli cənab Prezident!

“Beynəlxalq Kadr Akademiyası” beynəlxalq ictimai təşkilatının təmsil etdiyi çoxmillətli cəmiyyətin bütün üzvləri adından Zati-alınizə böyük hörmət bəslədiyimizi bildirməkdən və Sizi 80 illik yubileyiniz münasibətilə təbrik etməkdən şərəf duyuram.

Sizə, BKA-nın “Elm və təhsilin inkişafına görə” ordeni ilə təltif olunmuş insana ictimai inkişafın demokratik əsaslarının daha da möhkəmləndiyi və müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun ardıcıl surətdə yüksəldiyi şəraitdə öz dövlətinizi və xalqınızı iqtisadi inkişafın və tərəqqinin yeni zirvələrinə doğru eyni inamla aparmağı arzulayıram.

İcazə verin, Sizə və ailənizə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq, möhkəm cansağlığı diləyim, habelə dost Azərbaycan və Ukrayna xalqlarının rifahı naminə təhsil, elm və mədəniyyət sahəsində səmərəli əməkdaşlıq edəcəyimizə ümid bəslədiyimi bildirim.

Hörmətlə və ən xoş arzularla,

L.Oderi

Beynəlxalq Kadr Akademiyasının baş direktoru

Kiyev, 11 may 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin