AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Zati-aliləri!
Çox hörmətli cənab Prezident!
Sizi 80 illik yubileyiniz münasibətilə Beynəlxalq Kadr Akademiyasının (BKA) Rəyasət heyəti, çoxmillətli təhsil cəmiyyətini təmsil edən beynəlxalq ictimai təşkilatın adından ürəkdən təbrik edirəm!
Mütərəqqi dünya ictimaiyyətinin geniş dairələrində Sizi görkəmli siyasi xadim və dövlət xadimi kimi tanıyırlar. Yeniləşmiş Azərbaycan dövlətinin tarixinə yazılmış parlaq səhifələr Sizin adınızla bağlıdır.
Azərbaycan maarifində ardıcıl surətdə aparılan islahatlara verdiyiniz şəxsi töhfə BKA-nın yüksək fərqlənmə nişanı - “Elm və təhsilin inkişafına görə” medalı ilə qeyd edilmişdir.
İcazə verin, Zati-alinizə Azərbaycan Prezidenti kimi yüksək vəzifədə bundan sonra da mühüm nailiyyətlər, dövlətin demokratikcəsinə qurulmasında qarşıya qoyulmuş bütün vəzifələrin uğurla həyata keçirilməsini, fəaliyyətinizin mütərəqqi bəşəriyyət tərəfindən geniş və sabit şəkildə dəstəklənməsini arzulayım. Sizin daimi tərəfdaşlarınız arasında Beynəlxalq Kadr Akademiyasının çoxminli kollektivi də var.
Fürsətdən istifadə edərək, Sizin adınızı daşıyan Ukrayna-Azərbaycan Sosial Elmlər və Beynəlxalq Münasibətlər İnstitutunun müvəffəqiyyətlə fəaliyyət göstərdiyini, Azərbaycan və Ukrayna xalqlarının rifahı naminə bundan sonra da səmərəli əməkdaşlığa ürəkdən ümid bəslədiyimi bildirirəm.
Qoy çiçəklənən dövlətin lideri olaraq Sizin quruculuq və yaradıcılıq enerjiniz tükənməz olsun! Qoy Azərbaycanın başı üzərində həmişə dinc mavi səma olsun!
Sizə və ailənizə xoşbəxtlik, firavanlıq, möhkəm cansağlığı diləyirəm.
Hörmətlə və ən xoş arzularla,
Q.Şokin
BKA-nın prezidenti
Kiyev, 10 may 2003-cü il.