Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, möhtərəm cənab Prezident! 

İcazə verin, ilk növbədə Sizə dərin hörmət və ehtiramımızı bildirək və 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edək.

Yalnız Sizin müdrikliyiniz, uzaqgörənliyiniz, yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycanın müstəqilliyi günbəgün möhkəmlənir, dövlətçiliyimiz qüdrətlənir, xalqımızın rifahı yaxşılaşır, ölkənin iqtisadiyyatı inkişaf edir.

Yalniz Sizin yüksək şəxsi nüfuzunuz, mahir siyasətçiliyiniz sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuş, dünya dövlətləri ilə möhkəm dostluq və qarşılıqlı faydalı əlaqələr qurmuşdur və nüfuzlu beynəlxalq təşkilatlarda uğurlu fəaliyyət göstərir, Cənubi Qafqazda ən mühüm və qərarverici dövlətə çevrilmişdir.

Biz, Belarusda yaşayan azərbaycanlılar, dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlılara daimi qayğı və diqqətə görə Zati-alinizə dərin minnətdarlığımızı bildirir və Sizi əmin etmək istəyirik ki, soydaşlarımızın tarixi Vətəni ətrafında sıx birləşməsinə, Azərbaycan diasporunun möhkəmlənməsinə, ölkəmizin adının daha da yüksəldilməsinə yönəlmiş siyasətinizi yüksək qiymətləndirir, bu müqəddəs məqsədə daima sadiq olacağımızı bəyan edirik.

Möhtərəm cənab Prezident!

Bir daha Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir, bütün Azərbaycan xalqı üçün bu əlamətdar gündə Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, səadət, Azərbaycanın çiçəklənməsi və müstəqilliyimizin möhkəmlənməsi naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər diləyirik!

Dərin hörmət və ehtiramla,

Belarusun Azərbaycan diasporu adından,

Natiq Bağırov

Belarusun Azərbaycan İcmaları Konqresinin

sədri, “Qobustan” İctimai Birliyinin prezidenti

9 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin