Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu!

Azərbaycanın dünyada layiqli yer tutması üçün, Qafqaz xalqlarının, bütün dünya xalqlarının dostluğu naminə görmüş olduğunuz və gördüyünüz bütün işlərə görə, insanlığınıza və tükənməz enerjinizə görə, ədəbiyyata məhəbbətinizə görə Sizə təşəkkür etmək üçün 80 illiyiniz məndən ötrü fürsətdir.

Təkcə Sizin həyatınızda deyil, Sizi sevən saysız-hesabsız insanların da həyatında böyük hadisə münasibətilə Sizi təbrik edirəm. Sizə özünüzün arzu etdiklərinizin hamısını, bütün düşmənlərinizə isə onlara dilədiklərinizi arzulayıram.

Sizin,

Rəsul Həmzətov

Dağıstanın xalq şairi

Mahaçqala, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin