Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Prezident!

İcazə verin, Latviya Respublikasında yaşayan bütün azərbaycanlılar adından Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edim, sevimli Vətənimizin müstəqilliyinin bərpası və möhkəmlənməsi naminə böyük və fədakar əməyinizə görə Sizə ürəkdən minnətdarlığımızı bildirim.

Biz, Vətəndən uzaqda yaşayan azərbaycanlılar əminik ki, işləyib hazırladığınız Azərbaycanın inkişaf strategiyasının həyata keçirilməsində yalnız Sizin möhkəm iradəniz, nüfuzunuz, prinsipiallığınız və əzminiz Vətənimizdə sülhün və tərəqqinin təminatçısı ola bilər.

Ulu Tanrıdan Sizi hifz etməyi diləyirik.

Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq!

Hörmətlə,

Ulduzxan Əhmədov

Latviya azərbaycanlılarının “Azəri”

cəmiyyətinin sədri

Riqa, 5 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin