Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

80 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Doğum günü sonrakı bütün ilə təsir göstərən gündür, insana yeni qüvvələr verilən gündür. Səmimi qəlbdən Sizə cansağlığı və xoşbəxtlik, əmin-amanlıq və firavanlıq, mənəvi sevinc və tərəqqi arzulayıram!

Yəhudi icmasına diqqət və köməyinizə görə, Azərbaycan Respublikasında yaşayan xalqların mədəniyyət və ənənələrinin inkişafını dəstəkləmək, bununla da Azərbaycandakı xalqlar arasında qarşılıqlı anlaşmanın və hörmətin möhkəmlənməsinə kömək etmək səylərinizə görə, icazə verin, bu təntənəli gündə Sizə dərin minnətdarlığımızı bildirim.

Sizə uzun və fərəhli ömür, möhkəm cansağlığı, gənclik gümrahlığı arzulayıram. Qoy Tanrının xeyir-duası həmişə Sizinlə olsun. 120 il xöşbəxt ömür sürəsiniz!

Bir daha təbriklərimi qəbul edin və Sizə səmimi hörmət bəslədiyimə əmin olun. Dostluq münasibətlərimizin inkişafına ümid edirəm.

Berl Lazar

Rusiyanın baş ravvini

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin