Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Rusiya Federasiyasında yaşayan azərbaycanlıların iki milyondan artıq diasporunu birləşdirən Ümumrusiya Azərbaycan Konqresinin üzvləri 80 illiyiniz günündə Sizə səmimi təbriklərlə və ən xoş arzularla müraciət edirlər.

Azərbaycanlı dünyanın harasında yaşasa da, o, həmişə özünün bütün fikir və hissləri ilə tarixi Vətəni, onun sevinc və qayğıları ilə bağlıdır. Rusiya azərbaycanlıları ehtiyac və problemlərimizə, eləcə də Ümumrusiya Azərbaycan Konqresinə daimi qayğınıza, dəstək və diqqətinizə görə Sizə öz minnətdarlıqlarını bildirirlər.

Sizin səmərəli və parlaq həyatınız həmvətənlərimizin bir çox nəsillərinə örnəkdir.

Siz Azərbaycana tarixi dəyişikliklər dövründə başçılıq etdiniz və Sizin rəhbərliyinizlə Vətənimiz dünya birliyinin nüfuzlu üzvü oldu. Müasir Azərbaycanın müstəqilliyinin təşəkkülü Sizin adınızla bağlıdır.

Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın çiçəklənməsi, Azərbaycanla Rusiya arasında dostluğun və əməkdaşlığın inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Məmməd Əliyev

Ümumrusiya Azərbaycan Konqresinin

prezidenti

Moskva, 5 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin