Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli cənab Prezident! 

Moldova Respublikasının Azərbaycanlılar Konqresi Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir.

Qoy bu əlamətdar gün həqiqətən xoşbəxt, fərəhli və şən bayram olsun.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işdə uğurlar və əmin-amanlıq arzulayırıq.

Ümidvarıq ki, Vətənimizin səmasında parlayan Günəşin üzünü heç zaman qara buludlar örtməyəcəkdir.

Qoy Sizin həyatınız nura qərq olsun, adınız gözəl işlərlə yadda qalsın.

Hörmətlə,

M.İsmayılov

Moldova Respublikasının Azərbaycanlılar

Konqresinin prezidenti

Kişinyov, 8 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin