Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Azərbaycan Respublikasının milli bayramı münasibətilə böyük məmnuniyyətlə Zati-alilərinizi həm öz adımdan, həm də İsveçrənin Federal Şurası adından səmimi qəlbdən təbrik edir və ən hərarətli arzularımızla Zati-alilərinizə cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza isə tərəqqi diləyirəm. 

Əminəm ki, ölkələrimiz arasında yaranmış mehriban dostluq və əməkdaşlıq telləri gələcəkdə daha da möhkəmlənməkdə davam edəcəkdir.

Paskal Kuşpən

İsveçrə Konfederasiyasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin