Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident,

Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi mənim üçün vacib məsələlərdən birini təşkil edir. Biz böyük məmnunluq hissi ilə qeyd edə bilərik ki, diplomatik əlaqələrin qurulmasından sonra ötən 11 il ərzində bunun üçün tam əsas yaradılmışdır.

Avropa Şurasının üzvü kimi ölkənizin demokratiya və bazar iqtisadiyyatı sahəsində apardığı dəyişiklikləri böyük maraqla izləyirəm. Mən əminəm ki, Siz cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinin ölkənizdə təzə inkişaf edən demokratiyaya inamın gücləndirilməsinə xidmət etməsi üçün siyasi nüfuzunuzdan istifadə edəcəksiniz.

Mən Sizə cansağlığı və Azərbaycan xalqının əmin-amanlığı naminə gördüyünüz işlərdə ruh yüksəkliyi arzulayıram.

Sizin

Yohannes Rau

Almaniya Federativ Respublikasının

Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin